21 iyul 2012 21:15
AZAL Qarabağa dörd cavabsız qol vurdu (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi elə Azərbaycan klubu olub.
Belə ki, ağdamlılar eyni məkanda hazırlıq keçən digər təmsilçimiz AZAL-la üz-üzə gəlib. Oyun Boludakı “Koru” otelinin meydançasında baş tutub. AZAL "Qarabağ" üzərində inamlı qələbəyə sevinib. İlk yarım saatda dörd qol vuran "təyyarəçilər" bu üstünlüyü sona kimi qorumağı bacarıb.
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın “Zobahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarına eyni hesablarla (1:0) qalib gəlib. AZAL isə Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a 0:2 hesabıyla uduzmuş, “Mersin İdmanyurdu”na 2:1 qalib gəlmişdi. Ardından Səudiyyə Ərəbistanının “Najran” klubuna 1:0 qalib gələn “təyyarəçilər” yerli “Kartalspor”a divan tutmuşdu – 3:0.
Yoxlama oyunu
21 iyul
QARABAĞ – AZAL - 0:4 (0:4)
Qollar: R.Sadıqov, 11-öz qapısına, Veliçka, 12; 19, Junior, 28.
“Qarabağ”ın start heyəti: Fərhad, Rəşad, Teli, Ansi, Maksim, Hacı, Muarem, Riçard, Əfran, Vagif, Bəxtiyar.
1. Oyuna AZAL başladı
6. Riçardın ara ötürməsini son anda müdafiəçilər qarşısını kəsə bildilər
10. Maksim – Əfran cütlüyü sağ cinahda fəallığı ilə seçilir
11. Hacı Əhmədovun mərkəzdə səhvindən AZAL mükəmməl istifadə etdi – 0:1
12. Oyuna mərkəzdən başlayan “Qarabağ” topu itirən kimi “təyyarəçilər” ikinci dəfə rəqibini mərkəzə dəvət edir - 0:2
14. Muaremin zərbəsi qapıdan azacıq aralı keçir
17. Əfran iki oyunçunu arxada qoyaraq cərimə meydançası daxilindən Muaremə ideal ötürmə etsə də, sonuncunun zərbəsi dəqiq olmadı
19. Hesab arasındakı fərq daha da artır – 0:3
25. Vaqifin qapı qarşısına yerlə ötürməsinə heç bir futbolçu toxuna bilmir
28. AZAL hesabı daha biabırçı həddə çatdırır - 0:4
30. Riçardın zərbəsi dəqiq olmur
36. Riçardın zərbəsi öncə Cahangirə, sonra tirə dəyib meydanı tərk edir
38. Bu dəfə braziliyalı cərimə zərbəsindən qapını yoxlayır
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. “Qarabağ” ikinci yarıya Bəxtiyar Qara dəyişikliyi ilə başlayır
49. Qaranın möhtəşəm zərbəsi dirəkdən dönür
54. Riçard 1 metrdən boş qapıya düşə bilmir
56. Vaqifin zərbəsini Cahangir tutur
60. "Qarabağ"ın ilk "11-liy"i dəyişir
61. Emin İmamıliyevin uzaqdan zərbəsini qapıçı çətinliklə dəf edir
67. Elnurun zərbəsi qapıdan azacıq aralı keçir
69. Elnur daha bir əla zərbə vurur, amma qapıdana azacıq aralı keçir
76. Toğrul əla hərəkətlə müdafiəçini keçib, Vüqara zərbə vurmağa şans yaratsa da Nadirov geçikir
79. Mbondini zərbə vurmağa qoymurlar
Matç başa çatdı
