21 iyul 2012 12:31
Mariuş Rumak: XL səddini keçsək, bizi fərqli rəqiblər gözləyir
Polşanın “Lech” klubunun baş məşqçisi Mariuş Rumak Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasına dair fikirlərini açıqlayıb. Azerisport.az xəər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Biz hələ ikinci təsnifat mərhələsindəyik və “Xəzər Lənkəran”ı keçməmişik. Futbolçularımızın Qazaxıstan və Azərbaycana uzun yolçuluqları onları çox yorub. Amma bizi hələ lənkəranlılarla cavab görüşü gözləyir. Mən növbəti rəqiblər barədə yalnız onları keçəndən sonra nəsə danışa bilərəm. Aydın məsələdi ki, buna nail olsaq, bizi tamamilə fərqli rəqiblər gözləyəcək. Çünki həm isveçlilər, həm də islandlar Skandinaviya futboluna üstünlük verirlər”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Lech” cütünün qalibini üçüncü təsnifat mərhələsində AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi gözləyir.