21 iyul 2012 00:36

Xəzər Lənkəran üçün bir tanış, bir qocaman rəqib

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Xəzər Lənkəran”ın ötən gün növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Lənkəran klubu “Lech” (Polşa) səddini keçsə, AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 
Bu komandalar arasında İsveçdə keçirilən ikinci təsnifat mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Hansı ki, “Xəzər Lənkəran”la “Lech” arasında Lənkəranda baş tutan qarşılaşma da eyni hesabla yekunlaşmışdı.
 
Tam adı “Allmanna İdrottsklubben” olan AİK klubu 15 fevral 1891-ci ildə yaradılıb. Klubun futbol komandası isə 1896-cı ildən fəaliyyətə başlayıb.
 
Stokholmu təmsil edən bu klub şəhər bələdiyyəsi tərəfindən maliyyələşdirlir. Komanda ev oyunlarını Stokholmdakı 36 minlik “Rasunda” stadionunda keçirir.
 
AİK-in baş məşqçisi Andreas Almdı. 39 yaşlı isveçli mütəxəssis 2010-cu ildən komandaya başçılıq edir. O, 2007-2008-ci illərdə “Eskilstuna Siti” klubunun baş məşqçisi olub.
 
AİK ötən mövsüm İsveç çempionatında 58 xalla ikinci olub. Cari mövsümün 15 turunda isə komanda 24 xal toplayıb və hazırda 6-cı pillədə qərarlaşıb.
 
AİK tarixi ərzində 5 dəfə İsveç çempionu, 8 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokun qalibi olub.
 
AİK-in heyətində İslandiya, Uqanda, Kosta Rika, Toqo, Kanada, Sierra Leone və Xorvatiyadan legionerlər forma geyinir.
 
“Hafnarfyordur” klubu isə 1928-ci ilin 20 oktyabrında yaradılıb. Komanda ev oyunlarını Hafnarfyordurdakı 6 minlik “Kaplakriki” stadionunda keçirir. “Hafnarfyordur”un baş məşqçisi Heymir Qudyonssondu.
 
Komanda tarixi ərzində 5 dəfə İslandiya çempionu, 2 dəfə ölkə kubokunun, 5 dəfə Liqa Kubokunun, 5 dəfə də Super Kubokunun qalibi olub.
 
“Hafnarfyordur” indiyədək avrokuboklarda 32 oyun keçirib. Çempionlar Liqasında 14 oyun keçirən komanda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. UEFA Kuboku və Avropa Liqasında 18 matç oynayan “Hafnarfyordur” 6 qələbəyə sevinib, 6 heç-heçə edib və 6 dəfə uduzub. Avrokuboklarda ümumilikdə 37 qol vuran komanda 49 dəfə özü məyus olub.
 
“Hafnarfyordur” Azərbaycan futbolsevərlərinə yaxşı tanışdı. Belə ki, bu komanda 2005-2006 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi”yə rəqib olub. Səfərdə 2:1, evdə 2:0 hesablı qələbə qazanan “Neftçi” mərhələ adlayıb.
 
“Hafnarfyordur”un heyətində cəmi 1 legioner var. Bu, 31 yaşlı ingilis Danni Tomasdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.