21 iyul 2012 00:43
Georgi Nikolov: İnter Maritimonu üstələyir, amma biz hələ Asterası keçməmişik
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının üçüncü təsnifat mərhələsində onların potensial rəqibi olan Portuqaliyanın “Maritimo” klubu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Maritimo” yaxşı komandadı. Onların heyətində əla oyunçular cəmləşib. Amma komanda oyunu və anlaşma səviyyəsinə görə biz onları üstələyirik. Lakin biz hələ Yunanıstan “Asteras”ını keçməmişik. Ona görə də üçüncü təsnifat mərhələsi haqda nəsə deməyə tezdi”.