21 iyul 2012 12:49
Millimizin Almaniya və Türkiyə ilə oyunlarının başlama saatı açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının B liqası çərçivəsində oyunlarına qısa zaman qalıb. Azerisport.az xəbər verir ki, millimiz bu mərhələdə meydan sahibləri Almaniya, eləcə də Türkiyə və Yunanıstanla mübarizə aparacaq.
Qarşılaşmalar Almaniyanın paytaxtı Berlində keçiriləcək. 3-5 avqust tarixləri arasında baş tutacaq oyunlarda millimiz öncə Almaniya, ardından Türkiyə, son gündə isə Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, qrupda birinci pilləni tutan komanda növbəti mövsümdə A liqasında iştirak etmək hüququ qazanacaq. Lakin bunun üçün Hollandiyada təşkil olunacaq turnirdə uğurlu çıxış etmək də vacibdi.
3 avqust
19:15. Azərbaycan - Almaniya
4 avqust
16:45. Türkiyə - Azərbaycan
5 avqust
15:45. Yunanıstan - Azərbaycan
