21 iyul 2012 22:50
Qəbələ Serbiya klubuna məğlub oldu (YENİLƏNİB)
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fatih Kablak komandasını daha bir Serbiya klubu ilə qarşılaşmada sınaqdan keçirib.
Rəqib “Rad” klubu idi. Paytaxt Belqrad şəhərini təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır. Görüşün ilk yarısında qapılara qol vurulmasa da, fasilədən sonra "Qəbələ"ni iki dəfə məyus edən "Rad" qələbəyə sevinib. "Qəbələ" isə sadəcə bir dəfə fərqlənə bilib.
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmişdi və 0:1 hesabıyla məğlub olmuşdu. Serbiya təmsilçisi “İndiya” ilə duel isə 0:2 hesablı yenilgi ilə başa çatmışdı.
Yoxlama oyunu
21 iyul
QƏBƏLƏ - RAD - 1:2 (0:0)
Qol: Deyan Kelhar, 55.
"Qəbələ"nin start heyəti: Dieqo Koşta Silva, Urfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane, Rəşad Abdullayev, Elmar Baxşiyev, Aleksandr Çertoqanov, Viktor Mendi, Dodo, Yannik Kamanan.
