22 iyul 2012 00:45
Yığmamızın rəqibi Meksika və Venesuela ilə üz-üzə
Kolumbiyanın futbol üzrə 17 yaşadək qızlardan ibarət yığma komandası təlim-məşq toplanışına hazırlaşır. Azerisport.az xəbər verir ki, kolumbiyalı gənclərin hazırlıq prosesi avqustun 7-dən etibarən Medelində start götürəcək.
Kolumbiya yığması burda bir neçə yoxlama oyunu da keçirəcək. Belə ki, onlar qüvvələrini Meksika və Venesuela ilə, eləcə də Ekvador klublarının gənclərdən ibarət komandaları ilə görüşdə sınayacaqlar.
Qeyd edək ki, Kolumbiya yığması Azərbaycanda keçiriləcək dünya çempionatının qrup mərhələsində millimizlə eyni qrupda yer alır.
