22 iyul 2012 01:04
Rəvan millimizin futbolçusuna qarşı
“Rəvan”ın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcəyi daha iki rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyə klubları ilə qarşılaşacaq.
Belə ki, “Rəvan”ın növbəti rəqibi millimizin üzvü Ufuk Budakın çıxış etdiyi “Eskişehirspor” olacaq. Oyun iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Digər oyun isə, 25 iyul tarixində İzmir şəhərini təmsil edən və Super Liqada mübarizə aparan "Bucaspor” komandasına qarşı olacaq.
Qeyd edək ki, "Rəvan” Türkiyədə olduğu müddətdə artıq üç yoldaşlıq matçı keçirib, ikisində heç-heçə oynayıb, birində isə qələbə qazanıb.
