22 iyul 2012 13:08

“Lech Xəzər Lənkəranın Nomme Kaljunu məhz səfərdə yenməsinə xüsusi diqqət yetirməlidi”

Polşanın “Lech” klubunun yarımmüdafiəçisi Bartoş Slusarki Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri ilk oyundan (1:1) sonra fikirlərini açıqlayıb. O, azerisport.az saytına müsahibəsində həm də növbəti mərhələyə adlamaq şanslarını dəyərləndirib.

“Çox çətin oyun alındı. Prinsipcə, biz bunu gözləyirdik. Amma gözlənilməz erkən qol buraxdıq. Bu, qətiyyən planlarımıza daxil deyildi. Hesab edirəm ki, top layiqli şəkildə qapımıza daxil oldu. Nə vaxt öz cərimə meydanında belə ardıcıl səhvlər buraxırsansa, başqa nəsə gözləməyə də dəyməz. Rəqib də məhz bundan sonra qapımıza yol tapmağı bacardı”.

Polşalı futbolçunun fikrincə, onun komandası Lənkəranda məğlubiyyətlə də üzləşə bilərdi: “Buraxdığımız qoldan sonra biz də fərqlənə bildik. Ən əsası isə oyunu bərabərləşdirməyi bacardıq. Məhz bundan sonra oyunumuz daha yaxşı alınmağa başladı. Fasiləyə qədər yenə qol vura bilərdik. Amma zərbələrdə dəqiqlik çatışmadı. Fasilədən sonra isə rəqib daha üstün oyun sərgilədi”.
 
Slusarski də digər komanda yoldaşları kimi ilk oyunun nəticəsindən razı qaldığını deyir: “Hesab edirəm ki, heç-heçə ilk oyunun ədalətli nəticəsidi. “Xəzər Lənkəran” çox yaxşı komandadı. Şəxsən mənim xoşuma gəldi. Amma bu, sadəcə ilk oyun idi. Hər şeyə Poznanda aydınlıq gələcək. Düşünmürəm ki, öz meydanımızda işimiz asan olacaq. Rəqibimizin heyətində bir neçə əla futbolçu çıxış edir. Onlar bizim kefimizi poza bilərlər. Məsələn, Eder Bonfim. Onunla beş il öncə Portuqaliyada birgə oynamışıq. Biz həmçinin rəqibimizin Estoniya “Nomme Kalju”su ilə oyunlarını da yaxşı xatırlayırıq. Hansı ki, onlarla da evdə heç-heçə edib, səfərdə qələbə qazanmışdılar. Bu fakta ciddi yanaşmaq lazımdı”.

“Lech”in orta sahə oyunçusu Lənkəran barədə də düşüncələrini dilə gətirib: “Bu səfər şəxsən məndə unudulmaz təəssürat yaratdı. Heç də ona görə yox ki, bu, həyatımda ən maraqlı bir səfər oldu. Sadəcə, bu şəhərdə olmaq maraqlı idi. Çünki belə şəhərlər paytaxtdan çox fərqlənirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.