22 iyul 2012 14:01
Xəzər Lənkəranın istədiyi futbolçunu Vaslui aldı
Bir müddət öncə “Xəzər Lənkəran” Buxarest “Dinamo”sunun hücumçusu Marius Nikulaeni transfer etmək istədiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yaymışdı.
Lakin onun “Xəzər Lənkəran”a keçidi bu dəfə də baş tutmayıb. Belə ki, 31 yaşlı forvard bundan sonra karyerasını Rumıniya çempionu “Vaslui”da davam etdirəcək. Rumıniya millisində 41 oyun keçirmiş futbolçu bu komanda ilə 2+1 şərti ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Nikulaenin “Xəzər Lənkəran”a keçəcəyinə dair xəbərlər hələ Mirça Rednikin dövründə də yayılmışdı. Amma həmin vaxt bu keçid futbolçunun yüksək qiyməti səbəbindən baş tutmamışdı.
