22 iyul 2012 14:25
Qarabağın Türkiyədəki növbəti rəqibləri bəlli oldu
“Qarabağ” Boluda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün AZAL-la yoxlama oyunu keçirən ağdamlıların bugünki proqramında bir məşq var. Çalışma yerli vaxtla 18:30-da baş tutacaq.
Bu arada komandanın növbəti rəqiblərinin kimliyinə aydınlıq gəlib. İyulun 24-də “Qarabağ” Türkiyənin birinci liqa təmsilçisi “Göztepe” ilə qarşılaşacaq. İyulun 26-da və 28-də isə eyni liqadan olan “Boluspor” və “Rizespor”la görüşlər nəzərdə tutulub.
