22 iyul 2012 15:09

Baçana Tsxadadze: İnter Asterası məğlub edəcək

“İnter”in hücumçusu Baçana Tsxadadze Gürcüstan mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, müsahibəsində Avropa Liqasında Yunanıstan “Asteras”ı ilə ilk oyunlarında qeydə alınan heç-heçədən (3:0), eləcə də Çempionlar Liqasında “Neftçi”nin Gürcüstan çempionu “Zestafoni”ni darmadağın etməsindən danışıb.
 
- “İnter” ilk təsnifat mərhələsində Estoniya klubunu asanlıqla mübarizədən kənarlaşdırsa da, yunanlarla evdə heç-heçəyə razılaşdı. Buna nə səbəb oldu?
- İlk növbədə onu qeyd etmək lazımdı ki, “Asteras” səviyyə baxımından Estoniya “Trans”ından çox öndədi. Amma buna baxmayaraq, yunanları yenə biləcəyimizi düşünürəm.
 
- Biz Bakıya gələrkən “Dalğa Arena”nın timaslında gözəl stadionun şahidi olduq. Həmçinin azarkeşlərin yaxşı dəstəyi də xüsusi vurğulana bilər. Bəs Azərbaycanın digər şəhərlərində vəziyyət nə yerdədi?
- Azarkeşlər baxımından Azərbaycanda fərqlər çoxdu. Məsələn, Lənkərandakı atmosferə digər arenalarda rast gəlmək mümkün deyil. Lənkəranda bu şəhərin “Xəzər Lənkəran” klubuna qarşı oyuna çıxanda daim 15 000 azarkeşin gözü önündə mübarizə aparmalı olursan. Belə atmosferdə oynamaq inanılmaz təəssürat oyadır. Bizim də öz fan-klubumuz var. Onların sayı çox olmasa da, biz daim onların dəstəyini hiss edirik.
 
- Bu yaxınlarda Azərbaycan və Gürcüstan çempionları arasında Çempionlar Liqasında ilk oyun baş tutdu və “Neftçi” 3:0 qalib gəldi. Siz, “Zestafoni”nin şansları barədə nə deyə bilərsiz?
- Etiraf edim ki, belə nəticəni gözləmirdim. Amma matçın sonuna 20 dəqiqə qalmış hesab artıq 3:0 idi. Hesab edirəm ki, “Zestafoni”nin şansı hələ də var. Çünki bu komanda qol vurmağı bacarır. Lakin “Neftçi”ni də layiqli rəqib hesab edirəm.
 
- Bu hesabı Azərbaycan və Gürcüstan çempionatları arasındakı real fərqin göstəricisi saymaq olar?
- Azərbaycanda futbolu sevirlər və uğur qazamaq üçün əllərindən gələn hər şeyi edirlər. Hesab edirəm ki, bu 3:0 təkcə “Zestafoni” yox, həm də bütövlükdə Gürcüstan futbolu haqda düşünməyə məcbur edir. Hamı inkişaf edir, amma biz 10 ildi elə yerimizdə sayırıq.
 
- Gürcüstandan təklif almamısız?
- Düzünü deyim ki, heç bir konkret təklif almamışam. Amma bunun gələcəkdə baş verməsi istisna deyil. Futbolda hər şey mümkündü. Hazırda isə “İnter”də xoşbəxtəm.

- Atanızın baş məşqçilik etdiyi komandada oynamaq necədi?
- Bu sualı çox tez-tez verirlər. Hesab edirəm ki, bu, məni ikiqat məsuliyyətli olmağa məcbur edir. Mən bu komandada oynamağa layiq olduğumu isbatlamalıyam.
 
- Gürcüstan və Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şansları barədə nə deyə bilərsiz?
- Hesab edirəm ki, hər iki ölkə Avropa çempionatını keçirməyə layiqdilər. Bu ölkələrə şans vermək lazımdı. Avropa çempionatı Gürcüstan və Azərbaycanda futbol infrastrukturunun inkişafına güclü təkan ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.