22 iyul 2012 15:45
Lech Xəzər Lənkəran ilə oyun öncəsi Olimpiakosla oynayacaq
Polşanın “Lech” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Poznan klubunun rəqibi Kiprin “Olimpiakos” klubu olacaq.
Sözügedən qarşılaşma sabah baş tutacaq.
Qeyd edək ki, “Lech”lə “Xəzər Lənkəran” arasında iyulun 19-da Lənkəranda keçirilən görüş 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü iyulun 26-da Poznanda baş tutacaq.
