22 iyul 2012 19:15
Asterasın müdafiəçisi: İnterlə hər şeyə Tripolisdə aydınlıq gətirəcəyik
Yunanıstanın “Asteras” klubunun futbolçusu Sebastyan Bartolini UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, müdafiəçi Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz ilk qarşılaşmada da göstərdik ki, oyun keyfiyyətində heç bir fərq yoxdu. Vacib olan odu ki, biz öz oyunumuzu sərgilədik. Qarşıda da bizi çox çətin oyun gözləyir. Çünki hər şeyə məhz Tripolisdə aydınlıq gələcək”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək.
