22 iyul 2012 11:45

Araz Abdullayev: Biz ÇL-in qrup mərhələsinə düşmək istəyirik

Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sinə qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin ilk oyunundakı qələbəsindən sonra işin yarısını gördüyünüzü demək olar?
- Biz ilk oyundakı qələbəni unutmuşuq. Elə hesab edirik ki, ilk oyun qolsuz başa çatıb. Futbolda mümkünsüz heç nə yoxdu. Mən əminəm ki, gürcülə rcavab matçında ilk dəqiqələrdən hücuma atılacaqlar. Erkən qol vurmağa çalışacaqlar.
 
- Yəni siz gürcülərin vəziyyəti düzəldə biləcək gücdə olduqlarını düşünürsüz?
- Onlar bizə qarşı daha yaxşı oynamağa çalışacaqlar. Bizə də sadəcə Bakıdakı oyunda qazanılan nəticəni unutmaq lazımdı ki, problem yaranmasın. İnamlı və diqqətli oynamaq lazımdı. Bakıda hələ heç nəyə aydınlıq gətirilməyib Buna tam əmin ola bilərsiz.
 
- Onda belə çıxır ki, sizdən üçüncü təsnifat mərhələsindəki potensial rəqiblər barədə soruşmağa da dəyməz?
- Xeyr. Biz indi ancaq “Zestafoni” ilə cavab oyunu barədə düşünürük. Yalnız ondan sonra üçüncü mərhələ barədə düşünə bilərik. Hər şeyin öz vaxtı var.
 
- “Zestafoni” üzərində qələbə sayəsində “Neftçi” hətta Avropa Liqanın pley-off mərhələsində mübarizə aparmaq hüququ da qazanacaq. Bu barədə düşünmürsüz?
- Amma biz üçüncü təsnifat mərhələsində də qələbə qazansaq, birbaşa Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəyik. Eyni zamanda Çempionlar Liqasının da qrup mərhələsinə düşməyi istəyirik. Amma elə Avroliqanın qrupuna düşməklə də tarix yazmış olarıq. Qoy məni düzgün başa düşsünlər. ÇL-in qrup mərhələsində oynamaq şansımız varsa, bundan istifadə etməyimiz lazımdı. Digər turnir barədə düşünməyimiz hələ tezdi.
 
- “Neftçi”dən ilk görüşdə belə oyun gözləyirdiniz?
- Biz əla toplanış keçirmişdik. “Neftçi” həqiqətən layiqli oyun sərgilədi. Bu, bizim ümumi xidmətimizin nəticəsi idi. Qarşımıza əsas vəzifə kimi evdə qol buraxmamaq qoyulmuşdu. Öz oyunumuzu göstərdik və sübut etdik ki, yaxşı komandayıq.
 
- Oyunda həlledici məqam kimi ilk hissədə vurulan iki qolu qeyd etmək olarmı?
- Onlar “Zestafoni”ni şoka saldı. Mənə elə gəlir ki, bəzi gürcü futbolçular şokdan ayıla bilmədilər. Biz isə hətta üçüncü qolu da vura bildik. Amma ikinci hissədə gürcülər aktivləşmişdilər. Onları zəif hesab etməyin. Onlar öz azarkeşləri qarşısında daha yaxşı oyun sərgiləyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.