22 iyul 2012 22:30
Eskişehirspor Rəvana dörd cavabsız qol vurdu (YENİLƏNİB)
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Rəvan” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Güler Cavad yetirmələrini Türkiyənin “Eskişehirspor” klubu ilə görüşdə sınayıb.
Qeyd edək ki, bu komanda Türkiyə Super Liqasında çıxış edir. “Eskişehirspor” qardaş ölkənin Avropa Liqasındakı təmsilçilərindən biridi. Lakin Eskişehir klubunun baş məşqçisi Ersun Yanal ikinci təsnifat mərhələsində Şotlandiyanın "St. Johnstone" klubuna qarşı oyunda forma geymiş futbolçulara istirahət verdiyindən, "Rəvan"la qarşılaşmada daha çox ehtiyatda qalanlara şans verib. Bu mənada millimizin müdafiəçisi Ufuk Budaq da yeni komandasında Azərbaycan klubuna qarşı oynamaq fürsəti qazanıb. Görüş isə türklərin 4:0 hesablı darmadağını ilə başa çatıb.
Xatırladaq ki, “Rəvan” Türkiyədəki ilk matçında Səudiyyə Ərəbistanının “Najran” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Türkiyənin “Kayseri Karabükspor”, eləcə də “Göztepe” klubları ilə görüşlərdə isə hesabı açılmamışdı – 0:0.
Yoxlama oyunu
22 iyul
ESKİŞEHİRSPOR – RƏVAN - 4:0
Qollar: Burhan, 18, Tello, 40, Erkan, 43, Mehmet Güven, 48.
