22 iyul 2012 00:37
Sumqayıtda şok ayrılıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Fərid Quliyev yenidən klubsuz qalıb. Azerisport.az xəbər verir ki, son mövsümü “Neftçi”də keçirən forvard bu yay paytaxt klubu ilə yollarını ayırmış və qısa müddət sonra “Sumqayıt”a transfer olunmuşdu.
Amma əldə etdiyimiz məlumata görə, tərəflər heç yeni mövsüm başlamamış yollarını ayırmağa qərar veriblər. Klub rəhbərliyi ilə futbolçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Qeyd edək ki, hələlik Quliyevin “Sumqayıt”la yollarını ayırmasının konkret səbəbləri açıqlanmır.
