22 iyul 2012 12:34
Bakının futbolçularını cəza gözləyir
“Bakı” rəhbərliyi futbolçularını cəzalandıracaq. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Mura”sı ilə oyunlardakı zəif çıxışı cəzasız qalmayacaq.
Futbolçular bu uğursuzluğa görə cərimə olunacaqlar. Hələlik rəhbərlik bu pul cəriməsinin məbləğini açıqlamır.
Qeyd edək ki, bu, əslində futbolçular üçün gözlənilməz olmamalıdı. Çünki “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov hələ öncədən Avroliqadakı uğursuz təqdirində onların belə cərimə olunacağını açıqlamışdı.
