23 iyul 2012 13:07
Cavid Hüseynov: Türkiyəni pula görə seçməmişəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi, “Neftçi”nin sabiq üzvü Cavid Hüseynov azerisport.az saytına müsahibəsində Türkiyənin “Adana Dəmirspor” klubuna keçidindən danışıb.
- “Adana Dəmirspor”un sizinlə maraqlandığını nə vaxt eşitdiniz?
- Bu barədə mənə türkiyəli menecerim xəbər verdi. Onlar mənə birbaşa müqavilə təklif edirdilər. Yəni baxışda olmaqdan söhbət getmirdi. Türkiyəyə getdim, detalları müzakirə etdik, daha sonra müqaviləyə imza atdıq. Hesab edirəm ki, düzgün addım atdım.
- Azərbaycandan təklif almışdınız?
- Bəzi təkliflər var idi. Məsələn, “Xəzər Lənkəran” variantı alınmadı. Daha iki variant var idi. Amma mən Türkiyəni seçdim. Çünki bizim klubların təklifində konkret bir şey yox idi. Bu üzdən Türkiyə klubuna keçmək daha ideal görünürdü. Məncə, bu, karyeramda irəliyə doğru addım hesab oluna bilər.
- Sizi necə qarşıladılar?
- Azərbaycan və Türkiyə bir-birinə yaxın olan ölkələrdi. Burda özümü çox yaxşı hiss edirəm. Klubda hamı mənə yaxşı münasibət göstərir. Komandanın əla bazası var. Daha bir neçə oyunçu almağa hazırlaşırlar. Biz Super Liqada oynamaq istəyirik. Qarşımıza yüksək hədəflər qoymuşuq. Görək, bunu nə dərəcədə reallaşdıra biləcəyik.

- Bizim futbolçuların Türkiyə karyerası alınmır. Son misal Amit Quluzadədi. Bu, sizi qorxutmur?
- Mən digər futbolçuların çıxışını şərh edə bilmərəm. Amma mən Türkiyəyə futbol oynamaq üçün gəlmişəm. Azərbaycanı yaxşı təmsil etmək istəyirəm. İnanıram ki, bu, məndə alınacaq. Komanda gənc futbolçularla müqavilə imzalayır. Bir neçə il sonra onlarla böyük klublar maraqlanacaqlar.

- Bəs klubun maliyyə durumu necədi?
- Bu, mənim üçün o qədər də önəmli deyil. Mən Türkiyəni pula görə seçməmişəm. Birinci liqada az ödəyirlər. Amma bu, məni tam qane edir.
- Bilirsiz ki, yığmamızın sabiq üzvü Fabio Luis Ramim də “Karşıyaka”da çıxış edəcək?
- Bu haqda məbuatdan oxudum. Hələlik bütün klublar təlim-məşq toplanışındadılar, çempionata hazırlaşırlar. Avqustun 25-də yeni mövsümə start veriləcək. Çempionatın gedişində Fabio ilə görüşmək imkanım olacaq. Azərbaycan çempionatında bir-birimizə qarşı oynamışdıq. İndi eyni şey Türkiyə çempionatında da təkrarlanacaq.