23 iyul 2012 13:29

Bologna və Cesenanın sabiq üzvü Azərbaycan klubuna keçir

Yunanıstanın millisinin sabiq müdafiəçisi Vangelis Moras karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində Premyer Liqa klublarımızdan biri maraqlıdı.
 
Futbolçunun Yunanıstan mətbuatına verdiyi məlumata görə, ona Azərbaycan klubu ilə yanaşı PAOK da təklif göndərib. Azərbaycan klubu isə Morasa görə 500 min avrosundan keçməyə hazırdı. İndi müdafiəçinin seçimini hansı klubun xeyrinə edəcəyi bilinmir.
 
Qeyd edək ki, 1981-ci ildə Larisada anadan olan yunan futbolçu peşəkar karyerasına məhz yerli “Larissa”da başlayıb. O, 1999-2001-ci illərdə bu komandada 28 oyuna 1 qol vurub. 2001-2003-cü illərdə isə “Proodeftiki”nin şərəfini qoruyub - 35 oyun. 2003-cü ildə AEK-ə transfer olunan arxa xətt oyunçusu 2007-ci ilə qədər bu komandada 84 oyuna çıxıb. 2007-ci ildə Moras İtaliya klubuna – “Bologna”ya transfer olunub. 2011-ci ilə qədər bu komandada çıxış edən futbolçu 104 oyuna 4 qol vurub. 2011-2012 mövsümünü isə o, İngiltərənin “Swansea City” klubunda keçirib. Amma burda o, cəmi 1 oyuna çıxıb. Bu ilin əvvəlində isə yenidən İtaliyaya qayıdaraq “Cesena”nın şərəfini qoruyub və burda 15 oyun keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.