23 iyul 2012 13:36
İnterin Asterasla oyunu 15 avroya
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” və Azərbaycanın “İnter” klubları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşmanın biletləri 15-25 avro aralığında dəyişir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
