23 iyul 2012 01:23
Sabiq Barcelonalı futbolçunun evi yandı
İspaniyanın “Barcelona” klubunun sabiq futbolçusu Samuel Okunovo xoşagəlməz aqibətlə üzləşib. Azerisport.az xəbər verir ki, Nigeriya futbolunun aparıcı simalarından biri hesab olunan oyunçunun evi yanıb.
Bu barədə mətbuata özü açıqlama verən sağ cinah müdafiəçisi evinin yanması nəticəsində hər şeyini itirib. Okunovo bu üzdən çox ciddi çətinliklərlə üzləşdiyini də etiraf edib:
“Gecə 2:00 radələrində gürültü eşitdim. Qonşularımın evi yanırdı. Köməyə qaçdım. Bu arada yangın mənim evimə də sıçradı. Edə biləcəyimiz bir şey yox idi. Alovlar çox güclü idi. Evdən heç bir əşyanı xilas edə bilmədik. Pasportuma qədər hər şey kül oldu. Hər şeyə təkrar necə başlayacağam özüm də bilmirəm”.
Qeyd edək ki, hazırda 33 yaşında olan müdafiəçi bu ilin əvvəlində “Sunshine Stars” klubuna transfer olmuşdu.
