23 iyul 2012 13:48
Millimizin forvardı Elchedə fərqləndi (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov şərəfini qoruduğu İspaniyanın “Elche” klubunun heyətində fərqlənib. Azerisport.az xəbər verir ki, o, “Santa Pola” klubu ilə görüşdə komandasının ilk qolunun ötürməsini verib.
Qarşılaşmada hesabı “Santa Pola” açıb. Amma məhz Umarovun ötürməsindən sonra qol vuran Fran hesaba tarazlıq gətirib.
Matçın yekununda isə “Elche” rəqibindən 3:2 hesabıyla üstün olub.
