23 iyul 2012 01:06
XL-dan ayrılan futbolçu özünə yeni klub tapdı
Cüneyt Biçərin dəvəti ilə “Xəzər Lənkəran”a gətirilən, lakin Yunis Hüseynovun gəlişindən sonra heyətə düşməyən və komandadan ayrılan serbiyalı Stevan Batesin klubsuz günləri başa çatıb. Azerisport.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi icarə əsasında İranın Pro Liqasında çıxış edəcək.
Müqavilə ilə “Rad”a məxsus olan futbolçu “Mis Kerman” klubuna keçib. O, artıq bu klubla müqavilə bağlayıb.
Qeyd edək ki, Bates Azərbaycanda “Xəzər Lənkəran”dan başqa “Bakı”da da çıxış edib və 28 oyunda meydana çıxıb. “Xəzər Lənkəran”da isə o, cəmi 8 oyun keçirib.
