23 iyul 2012 14:02
Xəzər Lənkəran bu gün Polşaya yola düşür
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lech" klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran" Poznana bu gün yollanacaq. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” saat 15:00 radələrində birbaşa çarter reysi ilə Bakıdan Polşanın Poznan şəhərinə yola düşəcək.
Komandanın oyuna qədər 3 məşq keçirməsi planlaşdırılır. İlk məşq bu gün Polşa vaxtı ilə saat 19:00-da keçiriləcək. Sabah yerli vaxtla saat 20:30-da daha bir məşq keçirəcək futbolçular oyunöncəsi son rəsmi məşqlərinə iyulun 25-də saat 20:00-da çıxacaqlar.
Qeyd edək ki, "Lech" - "Xəzər Lənkəran" qarşılaşmasına 26 iyul Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. "Poznan Bələdiyyə Stadionu"nda baş tutacaq matçı Stanislav Todorovun rəhbərlik etdiyi bolqar hakimlər briqadası idarə edəcək.
