23 iyul 2012 14:16
Fenerbahçe Juventusun forvardı ilə gücləndi
Türkiyənin “Fenerbahçe” klubu növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, “sarı-lacivərdlilər” İtaliya “Juventus”unun serbiyalı yarımmüdafiəçisi Miloş Krasiçlə 4 illik müqavilə bağlayıblar.
İki klub arasında anlaşmanın maliyyə tərəfi və 28 yaşlı futbolçuya ödənəcək məbləğ barədə hələlik açıqlama verilmir. Bu keçid “Fənər”in baş məşqçisi Aykut Kocamanın israrı ilə baş tutub. Ötən həftəsonu Serbiyanın paytaxtı Belqradda aparılan danışıqlar nəticəsində tərəflər razılığa gəliblər.
Qeyd edək ki, Miloş Krasiç 2010-cu ilin yayında Rusiya MOİK-indən “Juventus”a 28 milyon avroya keçib. Lakin o, son 2 mövsüm ərzində gözlənilən oyunu sərgiləyə bilməyib.
