23 iyul 2012 14:55
Zeynal Məmmədov: Bandoviç hansısa futbolçunun gedişinə qərar versə, əməl olunacaq
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov bəyan edib ki, yeni baş məşqçi Bojidar Bandoviç komandanı kimlərin tərk edəcəyinə yaxın günlərdə aydınlıq gətirəcək. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çempionatın startına artıq çoz az vaxt qalıb. Əgər bu müddət ərzində Bandoviç hansısa futbolçu ilə yolların ayrılmasına qərar versə, elə də edəcəyik. Çünki şəxsən mən də futbolçularımızın Sloveniya “Mura”sı ilə Avropa Liqasındakı oyunlarından narazı qaldım. Ola bilsin ki, bəzi oyunçularımız öz səviyyələrindən aşağı çıxış etdi. Baş məşqçinin işinə qarışmaq fikrimiz yoxdu. Hər şeyə özü qərar verəcək. Mümkündü ki, qışda da komandada dəyişikliklər olsun. Hər halda Bandoviç bunu indi də edə bilər, qışda da”.
