23 iyul 2012 15:01
Sumqayıt Xəzər Lənkərandan üstün oldu
2012/2013 mövsümünə hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda "Xəzər Lənkəran"ın əvəzedici komandası ilə üz-üzə gələn Vaqif Paşayevin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt”dan qolları Şəmsi Əlisoylu və İsa Zeynallı vurub.
Qeyd edək ki, "Sumqayıt" FK-nun əvəzediciləri buna qədər "Bakı" (2:3) və "Qəbələ" ilə (2:1) yoxlama oyunu keçirmişdi.
