23 iyul 2012 15:32
“İnteri məğlub edib, Avroliqanın qrup mərhələsinə düşmək istəyirik”
Yunanıstanın “Asteras” klubunun yeni futbolçusu Alvaro Qarsiya UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu, mənim avrokuboklardakı ilk sınağımdı. Yeni komandamda çox xoşbəxtəm. Qarşıda bizi Azərbaycanın “İnter” klubu ilə cavab oyunu gözləyir. Bu oyunda qələbə qazanmaq istəyirik. “Asreras”la Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləmişəm”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
