23 iyul 2012 15:57
Azərbaycan Almaniya və Türkiyə ilə oyunlar üçün heyətini açıqladı
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Almaniyanın Berlin şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Azerisport.az xəbər verir ki, yığmamız Almaniya, Türkiyə və Yunanıstanla mübarizə aparacaq.
Artıq millimizin bu oyunlarda iştirak edəcək heyəti də açıqlanıb. Komandamız Almaniyaya aşağıdakı heyətlə gedəcək:
Emin Kürdov, Elvin Quliyev, Zeynal Zeynalov, Ramin Quliyev, Comərd Baxşəliyev, Hikmət Bağırov, Vitali Borisov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Nahid Mehrəliyev
Millimizin oyunlarının təqvimi isə aşağıdakı kimidi:
3 avqust
Saat 19:15. Azərbaycan – Almaniya
4 avqust
Saat 16:45. Türkiyə – Azərbaycan
5 avqust
Saat 15:45. Yunanıstan – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
