23 iyul 2012 16:11
Böyükağa Hacıyevin müalicəsi ölkə xaricində davam etdirilə bilər
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün bir daha tibbi müayinədən keçəcək. Azerisport.az xəbər verir ki, məhz bu yoxlanışdan sonra ona dəqiq diaqnoz qoyulacaq.
Böyük ehtimalla Hacıyev ölkə xaricinə müayinəyə göndəriləcək. Onun müalicəsinin nə vaxta qədər çəkəcəyi və komandanın sükanı arxasına hansı tarixdə dönəcəyi isə bəlli deyil.
Qeyd edək ki, səhhətində problemlər olan Hacıyev “Neftçi”nin UEFA Çempionlar Liqası çərçivəsində Gürcüstan çempionu “Zestafoni” ilə Bakıdakı oyununda (3:0) texniki zonada yer ala bilməmiş və onu köməkçisi Tərlan Əhmədov əvəzləmişdi. Bu komandalar arasında sabah keçiriləcək cavab oyununda da belə olacaq.
