23 iyul 2012 16:24
İnter Yunanıstana sabah yollanacaq
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubu ilə cavab qarşılaşmasına hazırlıqlarını Bakıda davam etdirən "İnter" bu gün saat 19.00-da növbəti məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, sabah səhər saatlarında isə komandamız görüşün keçiriləcəyi Tripolis şəhərinə yola düşəcək.
"İnter" əvvəlcə çarter reysi ilə Yunanıstanın paytaxtı Afina şəhərinə yollanacaq, daha sonra avtobusla Tripolisə gedəcək. Qeyd edək ki, "İnter" "Arkhontico Kaltezioti" otelində məskunlaşacaq.
Əlavə edək ki, "Asteras" - "İnter" matçı iyulun 26-da, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
