23 iyul 2012 16:55
Xəzər Lənkəran üçün şad xəbər
“Xəzər Lənkəran”ın “Lech”lə oyunda meydana iki ciddi itki ilə çıxacağı deyilirdi. Azerisport.az xəbər verir ki, Sadio Tounkara və Robert Alviz sarı vərəqə limiti üzündən qarşıdakı oyunu buraxmalı idi.
Çünki onlar bundan əvvəlki qarşılaşmalarda iki sarı vərəqə almışdı. Amma bu belə olmayacaq.
Belə ki, “Xəzər Lənkəran” “Lech” matçına tam heyətlə çıxa biləcək. Buna səbəb isə UEFA-nın qaydalara etdiyi dəyişikliklərdi. Yeni reqlamentə əsasən futbolçu 3 sarı vərəqə aldıqdan sonra bir oyunu buraxmalıdı. Bu qaydaya əsasən Yunis Hüseynov “Lech” matçında Tounkara və Alvizin xidmətindən yararlana biləcək.