23 iyul 2012 17:48

AZAL daha iki futbolçu aldı (FOTO)

Yeni mövsümün hazırlıqlarını davam etdirən AZAL daha iki futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan paytaxt klubu burdakı hazırlıq prosesində sınaqdan keçirilən Joze Junior Pereyra Aylton və Artur Patraşla münasibətlərini rəsmiləşdirib.

Qeyd edək ki, ampluaca müdafiəçi olan Ayltonla iki illik müqavilə imzalanıb. Yarımmüdafiəçi olan Patraşla isə bir illlik müqavilə bağlanıb.
 
Qeyd edək ki, 1988-ci ildə dünyaya gələn Artur Patraş 2006-2007 mövsümündə Moldovanın “Politexnika” klubunda çıxış etdikdən sonra (15 oyun, 2 qol) Rumıniyaya üz tutub. 2007-ci ildə “Timişoara” ilə müqavilə bağlayan futbolçu hələ də bu kluba məxsusdu (15 oyun, 1 qol). O, 2009-cu ildə Rumıniyanın “Otelul” (9 oyun), 2010-da “Konkordia” (12 oyun, 1 qol), 2011-də isə “Unirea” (8 oyun, 2 qol) icarəyə verilib.
 
Patraş Moldova millisinin üzvüdü. 2005-də U-17-nin (11 oyun, 2 qol), 2006-da U-19 (13 oyun, 5 qol), 2007-2009-da U-21-in (30 oyun, 7 qol) formasını geyinən 23 yaşlı futbolçu 2011-ci ildən A milliyə dəvət alır – 6 oyun. O, yığmanın son oyunlarına çağırılan futbolçular arasında olub.
 
Aylton isə 1987-ci il təvəllüdlüdü. Braziliyalı müdafiəçinin ilk klubu "Santos" olub. 2005-2007-ci illər aralığında bu komandada oynamış arxa xətt oyunçusu sonrakı iki mövsümü "Tupi"də keçirib. 2009-cu ildə isə onu Macarıstanın "Kaposvari" klubu transfer edib. Burda bir mövsüm keçirdikdən sonra o, bu ölkənin digər klubuna - "Ferencvaros"a keçib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.