23 iyul 2012 18:54
Galatasaray və Trabzonsporda oynamış futbolçular millimizin üzvü ilə eyni klubda
Türkiyənin “Adana Demirspor” klubu heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun da bu yaxınlarda müqavilə bağladığı komandanın sıralarına xeyli futbolçu cəlb olunub.
Onların arasında həmyerlimizin mövqeyində - yarımmüdafiə xəttində çıxış edən futbolçular da var. Bunlardan biri “Mersin İdmanyurdu”ndan alınan Erman Özgür, digəri isə “Orduspor”dan İrfan Başarandı. Artıq hər iki futbolçu ilə müqavilə imzalanıb.
Qeyd edək ki, futbola “Trabzonspor”da başlayan Erman Özgür “A.Sebatspor”, “Ankaraspor”, “Torku Konyaspor”, “Gaziantepspor” və “Mersin İdmanyurdu”nda oynayıb. 23 yaşlı İrfan Başaran isə “Galatasaray”, “Beylerbeyi” və “Orduspor”dakı çıxışı ilə tanınır.
