23 iyul 2012 11:08

İspaniya çempionatında Azərbaycan loqotipi

Azərbaycanlı biznesmen Gülnarə Xanbabayevanın İspaniyada yeni klub aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, “Baku de Valencia” və “Ellin Deportivo” klublarının bazası əsasında yeni komanda – “Baku Hellin Deportivo” klubunu formalaşdırıb.
 
Qeyd edək ki, bu komanda İspaniyanın üçüncü divizionunda çıxış edəcək. Lakin “Baku Hellin Deportivo”nu digərlərindən fərqləndirən əsas xüsusiyyət onun daha çox Azərbaycanlaşmasıdı.
 
Məsələ burasındadı ki, Xanbabayevanın rəhbərlik etdiyi klub rəsmiləri “Baku Hellin Deportivo” üçün yeni loqotip də formalaşdırıblar. Hər halda loqotipdə yer alan ispan tacı, xristian xaçı, kilsə ilə yanaşı loqotipdə Azərbaycan bayrağının da olması xüsusi diqqət çəkir. Deməli, İspaniya futbolunda təkcə Azərbaycan klubu yox, həm də Azərbaycan loqotipinin yarandığını əminliklə söyləmək olar.
 
Loqotipin ən üst hissəsində tac şəkli var ki, bu da əksər İspaniya klubları üçün xarakterik haldı. Belə ki, ispan klublarının böyük əksəriyyəti loqotiplərində bu taclardan istifadə edirlər. Bu, İspaniya monarxlığına inamı təcəssüm etdirir.
 
Aşağı hissədə klubun təmsilçisi olduğu Ellin şəhərinin simvolu qeyd olunub: iki şir və Asunson kilsəsi. Hansı ki, 31 min əhalisi olan şəhərin əsas simvollarından biri sayılır. Bütün bunların fonunda loqotipin Azərbaycan bayrağının rənglərinə boyanması isə sırf klubun yeni rəhbərliyinin azərbaycanlılardan ibarət olması və onların istəyi ilə bağlıdı.
 
Qeyd edək ki, ötən həftə Xanbabayeva İspaniyada mətbuat konfransı keçirərək öz hədəflərini də açıqlayıb. İspaniya futbolundakı “Azərbaycan təmsilçisi” daha güclü Sequnda diviziona (bu ölkənin gücünə görə ikinci çempionatına) çıxmağı hədəfləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.