23 iyul 2012 11:36
Qəbələ yenə Serbiya klubu ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı dördüncü rəqibin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komanda iyulun 23-də Bakı vaxtı ilə 21:00-da Serbiya təmsilçisi “BSK Borça” ilə üz-üzə gələcək.
Paytaxt Belqradı təmsil edən klubun əsası 1937-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmişdi və 0:1 hesabıyla məğlub olmuşdu. Ardından isə Serbiya klublarına - “İndiya” (0:2) və “Rad”a uduzmuşdu (1:2).
