23 iyul 2012 11:51
Prezident izləyir, Simurq məşq edir
Avstriyada növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" klubu ötən gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi səhər idmanına fitnes zalda başlayıb.
Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki tapşırıqları yerinə yetirən “sarı-qaralar” daha sonra məşq meydanına keçib. Qaçış və isinmə hərəkətlərindən sonra futbolçular məşçilər korpusu tərəfindən mövqelərinə görə bölünub. Müdafiəçilər qısa ötürmələr və hücum qurma tapşırıqları üzərində işləyib. Digər futbolçular isə cəld hücuma çıxış və qapıya zərbələr üzərində çalışıb. Axşam idmanı da qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra yetirmələrini iki qrupa bölən baş məşqçi Georgi Çixradze və köməkçi məşqçi İqor Qetman onları qısa ötürmələr üzərində məşq elətdirib.
Qapıçılar Dmitri Kramarenko və Əyyub Əliyev qapıçı məşqçimiz Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi tapşırıqlar üzərində məşq edib.
Komandanın məşqlərini klub prezidenti Anar Bəkirov və vitse-prezident Aydın Rizayev də izləyib.
