23 iyul 2012 00:03
Yunis Hüseynov makedoniyalı hücumçudan imtina etdi
“Xəzər Lənkəran”ın baxışa çağırdığı Filip Petkovskinin taleyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynovun makedoniyalı forvardla bağlı qərarı mənfi olub.
“Ağ-yaşıllar”ın baş məşqçisi ondan razı qalmayıb. Bu səbəbdən Filip geri göndərilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Petkovski karyerasına 2009-cu ildə “Rabotniçki”də başlayıb və 31 oyunda 2 qol vurub. 2010-2011 mövsümündə icarə əsasında “Tikves”də çıxış edən hücumçu 6 oyunda 1 qol vurub. Bu ilin əvvəlində o, bu kluba transfer olunub. Petkovski meydana çıxdığı 8 qarşılaşmada 10 qol vurub. Petkovski Makedoniya U-21-nin sabiq üzvüdü. O, 2009-2011-ci illərdə gənclər yığmasının formasını geyinib.
