23 iyul 2012 12:23
Didye Droqbanın həmyerlisi Simurqda
Avstriyada növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" eyni zamanda heyətini gücləndirməyə də davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin düşərgəsinə yeni leginoerlər gəlməkdədi.
Ötən gün daha bir oyunçu, 28 yaşlı afrikalı hücumçu Zeka Qoore “Simurq”un düşərgəsinə qoşulub. O, artıq komanda ilə məşqlərə çıxır.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü futbolçu Kot d'İvuardandı. O, 2006-2008-ci illər aralığında “Petrojet”də, 2008-2009 mövsümündə “Al Wasl”da çıxış edib. Onun son klubu isə ENPPI olub.
