23 iyul 2012 00:37
Neftçi bu gün Zestafoniyə yola düşür
İyulun 24-də Gürcüstanda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaq “Neftçi” səfərə bu gün səhər saatlarında çıxacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionun futbolçuları və məşqçilər korpusunu aparacaq çarter reysi öncə Tiflisə gedəcək.
Komandamızın üzvləri Tiflisdən Zestafoniyə avtobusla yollanacaq. Bu gün axşam saat 22:00-da oyunun keçiriləcəyi “David Abaşidze” stadionunda son məşqə çıxacaq. Bundan yarım saat öncə isə “ağ-qaralar”ın məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə iyulun 24-də Zestafonidəki “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.
