24 iyul 2012 00:56
Lech – Xəzər Lənkəran matçı 1 dəqiqəlik sükutla başlaya bilər
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la Polşanın “Lech” klubu arasında keçiriləcək cavab oyunu bir dəqiqəlik sükutla başlaya bilər. Azerisport.az xəbər verir ki, buna Poznan təmsilçisinin fotoqrafı Matsey Opalanın dünyasını dəyişməsi səbəb olub.
Polşa klubu bununla əlaqədar UEFA-ya müraciət edib. Amma onların müraciətinin müsbət cavablanıb-cavablanmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, “Lech”lə “Xəzər Lənkəran” arasında iyulun 19-da Lənkəranda keçirilən görüş 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü iyulun 26-da Poznanda baş tutacaq.
