24 iyul 2012 00:39
Lech Olimpiakosa qarşı hansı heyətlə mübarizə aparıb?
Xəbər verdiyimiz kimi, Polşanın “Lech” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisinin rəqibi Kiprin “Olimpiakos” klubu olub.
Qarşılaşma kiprlilərin qələbəsi ilə başa çatıb – 3:1. Poznan təmsilçisi bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb:
Lech: Kriştof Kotorovski (46. Yasmin Buriç), Tomaş Kedziora, Adrian Çeslak (69. Viktor Vitt), Manuel Arboleda (46. İvan Dyurdyeviç), Yaroslav Ratayçak, Şimon Drevnyak (46. Dominik Krominski, 83), Karol Linetti, Yatsek Kyelb, Patrik Volski (45. Adrian Çerpka), Yakub Vilk - Bartoş Bereşinski.
Qeyd edək ki, “Lech”lə “Xəzər Lənkəran” arasında iyulun 19-da Lənkəranda keçirilən görüş 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü iyulun 26-da Poznanda baş tutacaq.
