24 iyul 2012 13:51
Elxan Abdullayev: İnterlə XL mərhələ adlayacaq
Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində avrokuboklardakı təmsilçilərimizin çıxışını və şanslarını dəyərləndirib.
- Klublarımızın avrokuboklardakı çıxışını necə dəyərləndirərdiz?
- Avropa Liqasının ilk təsnifat mərhələsində məni “Bakı” məyus etdi. Hesab edirəm ki, bu klubun ilk cəhdindəcə uduzması bir anlaşmazlıq idi. Komandanın elə ilk oyundaca bəxti gətirmədi. Təəssüf ki, bu uğursuzluq Novruz Əzimovun istefası ilə nəticələndi. Amma hesab edirəm ki, bu qədər pul alan futbolçular meydanda maksimum güclərini qoymağa borclu idilər. Rəhman Hacıyevli komandanın uduzması o qədər də pis təsir bağışlamır. Amma bir halda ki, heyətdə Parks və Verpakovski kimi kimi oyunçular var, uduzmağa haqqın yoxdu. “İnter”lə “Xəzər Lənkəran”a gəlincə, onlarını rəqibi olan Estoniya klubları сiddi komandalar idi. Lakin biz onları keçməyə borclu idik və buna da nail olduq. “Trans”ı “İnter”in ikinci heyəti də keçərdi. “Xəzər Lənkəran”ın rəqibi daha güclü komanda idi. Amma istənilən halda bu komanda da “Xəzər Lənkəran” üçün tam keçiləsi rəqib idi. Növbəti mərhələdə isə klublarımıza daha ciddi rəqiblər düşüb. Hansı ki, ilk oyunları da bunu isbatladı.

- Amma klublarımızdan biri cavab oyununa demək olar ki, növbəti mərhələyə vəsiqəni həll etmiş halda gedir...
- Düzünü deyim ki, “Neftçi”nin Gürcüstan çempionu üzərindəki 3:0 hesablı qələbəsi məni çox sevindirdi. Prinsipcə, komandamız 90 faiz növbəti mərhələdədi. İndi cavab matçına ciddi yanaşmaq lazımdı. Futbolda hər şey olur. Amma gürcülərin 3-4 cavabsız qol vurması o qədər də inandırıcı görünmür.
- Bəs “İnter”lə “Xəzər Lənkəran”ın şansları barədə nə deyə bilərsiz?
- Ondan başlayaq ki, “Xəzər Lənkəran” avrokuboklardakı iki ev oyununa artıq 3 qol buraxıb. Bu, müdafiədə problemlərin olmasından xəbər verir. Buna baxmayaraq, indiki “Lech”in keçiləsi komanda olduğunu düşünürəm. “İnter” artıq onları səfərdə necə məğlub etmək olar, bunu sübut edib. Polşa klubunun ancaq adı qalıb. “Xəzər Lənkəran”ın şansları heç də az deyil. Öz növbəsində “İnter” də öz meydanında qol buraxmamalı idi. Ümumiyyətlə, “Asteras” o qədər də güclü komanda deyil. Yəni bu, nə “Olimpiakos”, nə “Panatinaikos”, nə də PAOK-du. “Asteras” Azərbaycan Premyer Liqasında mükafatçılar sırasına düşmək üçün mübarizə apara bilər. Fikrimcə, hər iki komandamız üçüncü mərhələyə vəsiqə qazanacaq.

- Bəs klublarımız cavab görüşlərində necə oynamalıdılar ki, bu istəklərinə nail olsunlar?
- Cavab oyunu ərəfəsindəki nəticə bizim xeyrimizə deyil. Bu nəticə bizi qol vurmağa məcbur edir. Çünki 0:0 rəqib komandanı qane edir. Güman ki, onlar klublarımıza oynamağa imkan verib, müdafiəmizdə boşluqlar axtarmağa çalışacaqlar. Biz isə öz növbəmizdə hər ələ düşən şansdan maksimum yararlanmalıyıq.

- Bəs “Neftçi”?
- “Neftçi” “Zestafoni” ilə səfərdə də oynaya biləcək gücdədi. Baxmayaraq ki, çətin olacaq. İlk oyunda aşkar üstünlük komandamızın tərəfində idi. Bu dəfə isə fərqli vəziyyət olacaq. “Neftçi”nin mərhələ adlaya bilməməsi əsl faciə olar. Orda yəqin ki, anşlaq olacaq. Hər şeyə hazır olmaq lazımdı.

- Yeri gəlmişkən, “Neftçi” “Zestafoni”ni keçsə, Slovakiya “Jilina”sı və İsrail “Hapoel”i (İroni Kiryat Şmona) ilə qarşılaşa bilər?
- Həm “Jilina”, həm də “Hapoel” tam fərqli bir səviyyədi. Mən uzun illər Slovakiyada oynamışam və onların futbolunu yaxından tanıyıram. Orda klubların əsas məqsədi ölkə çempionu olmaq yox, avrokuboklarda böyük uğurlar qazanmaq, qrup mərhələsinə düşməkdi. “Hapeol”ə gəlincə, bir neçə il öncə “Bnei Yehuda” bizə İsrail futbolunun nə olduğunu sübut edib. Bu komandaya tamamilə fərqli yanaşmaq lazımdı.