24 iyul 2012 01:52

Qəbələ serblərə hansı heyətlə məğlub olub?

Xəbər verdiyimiz kimi, Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə dördüncü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisi “BSK Borça” ilə üz-üzə gələn komanda matçda aşağıdakı heyətlə mübarizə aparıb:
 
Anar Nəzirov, Omar Kalabane (Vurğun Hüseynov ), Murad Musayev (Nodar Məmmədov), Rəşad Abdullayev (Ürfan Abbasov), Aleksandr Çertoqanov (Deyan Kelhar), Şəhriyar Xəlilov,  Yaşar Abuzərov (Seymur Əsədov), Kamal Mirzəyev (Kamal Mirzəyev), Daniel Kruz, Rövşən Əmiraslanov (Elmar Baxşıyev),  Amil Yunanov (Yannik Kamanan).
 
Görüşün ilk dəqiqələrdən “Qəbələ”nin sürətli hücumları ilə başlayıb. Xüsusən cinahlardan Rəşad Abdullayev və Rövşən Əmiraslanovun keçidləri rəqibi ilk hissə ərzində daim təzyiq altında saxlayıb.  32-ci dəqiqədə komandamız üstünlüyünü qola çevirib. Alaksandr Çertoqanov Rövşən Əmiraslanovun ötürməsindən sonra topu cərimə meydançasının  önündən qüvvətli zərbə ilə tora göndərib. 5 dəqiqə sonra isə “Qəbələ” hesabı artırmaq şansından yararlana bilməyib. Cərimə meydançası daxilində Rəşad Abullayevin qarşısının kobudluqla alınmasından sonra hakim rəqibin qapısına penalti təyin edib. Topa yaxınlaşan Daniel Kruzun zərbəsi qapı tirinə tuş gəlib.
 
İkinci hissəyə hər iki tərəf  müəyyən əvəzetmələrlə çıxıb.  Final fitinə kimi matç bərabər mübarizə şəraitində keçsə də, rəqib əlinə düşən iki imkanı maksimum dəyərləndirib. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi 4-cü yoxlama oyunundan da məğlubiyyətlə ayrılıb – 1:2.
 
Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Rəşid Əmiraslanov heyətdə yer almayıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.