24 iyul 2012 14:28
Barcelonada Messi şoku
Futbol üzrə Argentina millisinin və İspaniyanın “Barcelona” klubunun futbolçusu Lionel Messi zədələnib. Azerisport.az xəbər verir ki, ulduz futbolçu bu səbəbdən Almaniyada keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Belə ki, “Barcelona” “Hamburg”la yoldaşlıq oyunu keçirəcək. Sağ ayağında zədə olan Messi isə bu oyunu kənardan izləməli olacaq.
“Barcelona” Messi ilə yanaşı, bu oyunda Olimpiya Oyunlarında iştirak edəcək yeni transfer Xordi Albanın da xidmətindən yararlana bilməyəcək.
