24 iyul 2012 14:40
İnter artıq Afinadadı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubu ilə cavab qarşılaşması üçün səfərə çıxan "İnter" artıq Afinadadı. Azerisport.az xəbər verir ki, “bankirlər” bu gün səhər saatlarında çarter reysi ilə Yunanıstanın paytaxtına yollanıb.
Tezliklə komanda avtobusla Tripolisə gedəcək. Qeyd edək ki, "İnter" "Arkhontico Kaltezioti" otelində məskunlaşacaq.
Əlavə edək ki, "Asteras" - "İnter" matçı iyulun 26-da, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
