24 iyul 2012 14:58
Xəzər Lənkəranla oyun öncəsi yeni müqavilə
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 26-da "Xəzər Lənkəran"ı qəbul edəcək Polşanın "Lech" klubu qapıçısı Jasmin Buriçlə müqaviləsini yeniləyib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisi ötən gün bosniyalı qapıçı ilə 4 illik müqavilə imzalayıb.
Lənkəranda baş tutan ilk oyunda çərçivəsini qoruyan Buriç komandanın təcrübəli qolkiperi Kriştof Kotorovskini əsas heyətdən sıxışdırıb çıxara bilib. Məhz bunu nəzərə alan rəhbərlik 25 yaşlı qapıçını daha 4 il komandada saxlamağa qərar verib.
Qeyd edək ki, 2009-cu ildə Bosniya və Hersoqovinanın "Celik" (Zenica) klubundan "Lech"ə transfer edilən Buriç bu komandanın heyətində 54 oyun keçirib.
