24 iyul 2012 15:23
Xəzər Lənkəran nəhayət ki, Poznana çatdı (FOTOLAR)
İyulun 26-da UEFA Avropa Liqasının ikinci təsnifat məthələsi çərçivəsində Polşa “Lech”i ilə cavab görüşünə çıxacaq “Xəzər Lənkəran” bu gün çarter reysi ilə Poznana yola düşüb. Azerisport.az xəbər verir ki, dünənkindən fərqli, heç bir problemlə üzləşməyən “ağ-yaşıllar” nəhayət ki, mənzil başına çatıblar.
Belə ki, komanda artıq Poznan şəhərindədi. Bu gün axşam “Xəzər Lənkəran”ın Poznanda ilk məşqə çıxması nəzərdə tutulub.
