24 iyul 2012 15:05
ABŞ klubunun hücumçusu Rəvanda (FOTO)
Növbəti mövsümə hazırlıqları Türkiyədə davam etdirən “Rəvan” qardaş ölkədəki təlim-məşq toplanışı ilə yanaşı heyətini gücləndirməyi də unutmur. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılar” hazırda yeni legioneri sınaqdan keçirirlər.
Bu, Sierra Leone yığmasının hücumçusu Sallieu Bundudu. 1984-cü il təvəllüdlü futbolçu Sierra Leonedən olsa da, peşəkar karyerası demək olar ki, tam olaraq ABŞ klubları ilə bağlıdı. Belə ki, onun ilk klubu “Cleveland City Stars” klubu olub. O, 2008-ci ildə bu komandada 19 oyuna 8 qol vurub. 2009-2011-ci illərdə isə o, “Carolina Rail Hawks” klubunun şərəfini qoruyub (30 oyun, 10 qol). 2011-ci ildə “Charlotte Eagles” klubu Bundunu icarəyə götürüb (22 oyun, 7 qol). Bu il isə o, “Charleston Battery” klubunda top qovub və son iş yerində 15 oyuna cəmi 1 qol vura bilib.
Bundu 2008-ci ildən etibarən ölkəsinin yığmasına da dəvət alıb. O, Sierra Leone millisində 4 oyun keçirib.
